Həyatımda ilk dəfə belə hisslər keçirdim.
Bu möhtəşəm bir şeydir.
İndi çox qəribə əhvaldayam, hər şey çox əladı, lakin nə deyəcəyimi bilmirəm..
Çox əla!
Birmənalı şəkildə gəlməyə dəyər!
Bu oyunun mənə bəxş etdiyi emosiyalar, bu günə qədər yaşadıqlarımdan qat qat fərqlənirdi!
Amma biz komandamızla bacardıq. Düşünürəm ki, komandasız çox çətin olardı. Oyunda baş verənlər, Oyunda yaşadığınız hadisələr çox realdır və siz onları asanlıqla yaşayırsız. Çünki bunlar hamısı bizim ətrafımızda olanlardır. Bu oyunu çox bəyəndim.
Mən mistikaya inanan biriyəm. Bilirsiniz, mən çoxlu ədəbiyyat oxumuşam, müxtəlif filmlərə baxmışam, buna görə də dünya görüşüm çox yaxşıdı. Bakıda çoxlu kvestlərdən keçmişəm, amma mənə inanın ki, bu sadəcə oyun deyildi, burda hər şey realdır. Təbii ki bunun adi bir tamaşa olduğunu bilirəm, amma yenə də... Rəfiqələrimə anlatmağa çalışdım, lakin anladım ki, çox şeyi sözlə ifadə edə bilmirəm.
Bu hissi mütləq özünüz yaşamalısınız.(